Son 4 ayda 22 hərbçinin həlak olduğu deyilir

Xəzər Hərbi Tədqiqatlar İnstitutu statistika yayıb

Source:
Əsgərin dəfn mərasimi (arxiv foto)
Əsgərin dəfn mərasimi (arxiv foto)


Xəzər Hərbi Tədqiqatlar İnstitutu statistika yayıb

“2017-ci ilin ilk 4 ayında 22 hərbçi həlak olub”, – məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.

Onlardan 12-si döyüş, 10-u isə qeyri-döyüş itkisidir. Statistika mətbuatın monitorinqi nəticəsində hazırlanıb.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlikdən, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) öldüyü bildirilir. 2 nəfər naməlum hadisə səbəbindən, 1 nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində, 1 nəfərsə avto-qəza nəticəsində həlak olub.

Həlak olanlardan 9 nəfəri müddətdən artıq hərbi xidmət keçən, 10 nəfəri əsgər, 3 nəfərsə zabit olub. Onlardan 21 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfər isə Dövlət Sərhəd Xidmətinin əsgəri olub.

Ötən dövrdə ümumilikdə 3 hərbçi yaralanıb. Onlardan 2-si erməni gülləsindən, 1-i isə avto-qəza nəticəsində xəsarət alıb.

24-25 fevral tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var.

Ötən dövrdə azı 1 dinc sakin həlak olub. Həmin şəxs mina partlayışında həyatını itirib. Bir nəfər Azərbaycan vətəndaşı isə erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Ana səhifəXəbərlərSon 4 ayda 22 hərbçinin həlak olduğu deyilir