Son 2 gündə Azərbaycanın iki hərbçisi ölüb

2015-ci ildə Azərbaycanın hərbi itkiləri 19 oldu

Source:


2015-ci ildə Azərbaycanın hərbi itkiləri 19 oldu

Martın 27-də cəbhənin Ağdam istiqamətində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlunun cənazəsi martın 28-də doğulduğu Lənkəran rayonuna gətirilib.

AZƏRTAC xəbər verir ki, şəhid Aşağı Nüvədi kəndindəki qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində “N” saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rənbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.

İkinci hadisə “N” saylı hərbi hissənin əsgəri Nazim İbrahimov tabeliyindəki silahla əsgər yoldaşı Vasif Firudinlini başından güllələməsidir. Olay nəticəsində Vasif Firudinli yerindəcə keçinib.

2015-ci ildə Azərbaycanın hərbi itkiləri 19 nəfər oldu.

Ana səhifəXəbərlərSon 2 gündə Azərbaycanın iki hərbçisi ölüb