Son 11 ildə Azərbaycanda məzunların sayı 35 minə yaxın azalıb

”Problem ondadır ki, 15 yaşlı uşaqların 30-35 faizi 9-cu sinifdən sonra təhsillərini davam etdirmirlər”

Source:


”Problem ondadır ki, 15 yaşlı uşaqların 30-35 faizi 9-cu sinifdən sonra təhsillərini davam etdirmirlər”

2015-ci ildə ümumtəhsil müəssisələrinin 88366 məzunu olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, son on bir ildə məzunların sayı 34742 nəfər azalıb: “Bu meyl artıq bir neçə ildir ki, müşahidə olunur. Son on bir ildə məzunların sayı 28.22 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Amma ötən illə müqayisədə məzunların sayı 3488 nəfər artıb”.

Məlumata görə, 2015-ci ildə sənəd verənlərin 66.04 faizini ötənilki məzunlar təşkil edib: “Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63 faiz, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66 və 2014-cü ildə 64.05 faiz olub. Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 31.24 faizi I, 30.06 faizi II, 24.55 faizi III, 8.08 faizi IV, 6.06 faizi isə V qrupun payına düşür. Ötən illə müqayisədə plan yerləri I qrupda 0.67, II qrupda 4.56, III qrupda 4.13, V qrupda 5.04 faizi artıb, IV qrupda isə 0.41 faiz azalıb”.

Rövşən Ağayev
Rövşən Ağayev

Mövcud vəziyyəti Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev hesab edir ki, məzunların azalmasının əsas səbəbi 2000-ci illərin əvvəlindən başlayaraq birinci sinifə gedən şagirdlərin sayının azalmasıdır. Ümumiyyətlə, 2000-ci ildən başlayaraq birinci sinfə gedən uşaqların sayı sürətlə azalmağa başlayır.  Hətta 90-cı illərin ortalarında birinci sinifə 170 min uşaq gedirdisə,  2004-05-ci ildə rəqəm 125 minə qədər aşağı düşdü. Bu isə doğumun azalmasılyla bağlıydı. İkinci səbəbə gəlincə, 9-cu sinfi bitirən şagirdlərin bir çoxu təhslini sonradan  davam etdirmir. Köhnə “Təhsil haqda qanunun”da icbari təhsil 11 illik idi, 2009-cu ildə yeni qanuna əsasən icbari təhsil  9 illiyə salındı. Problem ondadır ki, 15 yaşlı uşaqların 30-35 faizi 9-cu sinifdən sonra təhsillərini davam etdirmirlər”.

Ana səhifəXəbərlərSon 11 ildə Azərbaycanda məzunların sayı 35 minə yaxın azalıb