”Son 10 ildə 1,6 milyon yeni iş yeri yaradılıb”

Əli Əhmədov: ”Azərbaycan ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdəndir”

Source:


Əli Əhmədov: ”Azərbaycan ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdəndir”

“Azərbaycan ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdəndir. 15 il ərzində iqtisadiyyatını 3,5 dəfə artırıb. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ən yüksək inkişafa nail olmuş ölkələrdəndir”.

Baş nazirin müavini Əli Əhmədov “Yüksək səviyyəli statistiklər üçün dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair” mövzusunda keçirilən seminarda belə deyib. O, Azərbaycanda yoxsulluq səviyyəsinin 50 faizdən 5 faizədək, təxminən 9 dəfə aşağı endirildiyini deyib:

“On il ərzində Azərbaycanda 1,6 milyon yeni iş yerləri yaradılıb”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hazırda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Proqramına qoşulub: “Azərbaycan neft ixrac edən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatında islahatlar aparır, neftdən asılılığı azaltmaq kimi hədəf qarşıya qoyulub. İnanırıq ki, Azərbaycan yeni inkişaf pilləsinə qədəm qoymaq məqsədini də uğurla həyata keçirəcək”.

Dövlət Statistika Komitəsinin mayın 18-də açıqladığı məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü ilin yanvarın 1-dən 2017-ci ilin aprelin 1-dək olan dövr ərzində ümumilikdə 526200 olmaqla 430700 daimi iş yerləri yaradılıb.

Məlumatda o da deyilir ki, 2017-ci ilin I rübü ərzində ölkədə 86400 yeni, o cümlədən 79600 daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda olub.

İqtisadçı Azər Mehtiyev hesab edir ki, indiyə qədər komitənin yeni iş yerləri ilə bağlı məlumatları toplansa, ölkə əhalisinin sayından 3-4 dəfə çox olar. Hər zaman bu barədə statistik məlumatlar açıqlansa da, konkret hansı müəssisələrdən söhbətin getdiyi, yaxud həmin müəssisələrin real olaraq fəaliyyət göstərməsi barədə heç nə deyilmir:

Azər Mehtiyev

“Əgər komitənin məlumatları doğrudursa, nə üçün iqtisadiyyatda canlanma yoxdur? Niyə ümumi daxili məhsulda artım müşahidə olunmur? Ona görə statistikanın hardan peyda olması, ictimaiyyətə necə təqdim olunması daha çox hesabat xatirinə verilən rəqəmlər olduğundan doğruluğu hər zaman şübhə yaradır”.

Ana səhifəXəbərlər”Son 10 ildə 1,6 milyon yeni iş yeri yaradılıb”