4 solçu, 1 jurnalist 39-cu polis bölməsinə aparılıb
Mayın 1-də azərbaycanlı solçular Sabir bağında 1 May Zəhmətkeşlər Günü ilə əlaqədar aksiya keçirməyə cəhd ediblər. Ancaq əraziyə gələn polislər solçulara bağa daxil olmağa imkan verməyiblər. Nəticədə 5 solçu və “Obyektiv TV”-nin əməkdaşı Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb.
Meydan TV-nin hadisə yerindən məlumat verən əməkdaşı bildirib ki, artıq aksiya başa çatmış hesab oluna bilər.
Solçu gənclər saxlanılan yoldaşlarının azad olunması üçün Səbail rayon 9-cu Polis Bölməsinin qarşısında toplaşıblar. Bura jurnalistlər də gəlib, lakin polis gəncləri döyməyə başlayıb. Jurnalistlərə qarşı da təzyiq olub. Obyektiv.tv-nin iki əməkdaşı saxlanılıb.