Söküləcək binaların yerində yaşıllıq salına bilər

Abbas Ələsgərov: ”Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?!”

Source:
Abbas Ələsgərov
Abbas Ələsgərov
Abbas Ələsgərov
Abbas Ələsgərov


Abbas Ələsgərov: ”Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?!”

Martın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının 9 rayonunun icra başçılarının və baş memarlarının iştirakı ilə Nazirlər Kabinetinin paytaxtın əhalinin sıx yaşadığı rayonlarının yenidən qurulması haqqında qərarının icrasına həsr edilmiş yığıncaq keçirilib.

Komitənin məlumatında deyilir ki, əsas məqsəd 995 binanı söküb yerində yeni binalar tikəcək sahibkarlar üçün maneələrin aradan qaldırılması, bu zaman şəhərsalma və tikinti normalarına əməl edilməsidir.

“Bakıda, xüsusən Nəsimi rayonunda tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmur. Bununla əlaqədar söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur”, deyə Komitənin sədri Abbas Ələsgərov bildirib.

O, qeyd edib ki, yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8-dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır.

«Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz”, deyə Abbas Ələsgərov bildirib.

Komitə sədri deyib ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanmasını sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaq.

İclasda nümunə üçün şəhərin Nizami rayonunun ərazisində 5,9 hektar ərazini təşkil edən sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılması layihə təklifi də nümayiş olunub (


Turan IA


).

Ana səhifəXəbərlərSöküləcək binaların yerində yaşıllıq salına bilər