Soğana olan idxal rüsumu ləğv edilib

Son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib

Source: google.az


''Bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına xidmət edir''

Azərbaycan hökuməti ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib.


“Report”

un xəbərinə görə, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir.

“Son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib. Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib”.

Məlumatda deyilir ki, bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.


Meydan TV

mart ayında ölkədə soğanın qiymətinin kəskin artdığını yazıb.

Yazıda qeyd olunub ki, bir həftə ərzində bazarlarda soğanın qiyməti 70 qəpikdən 1manat 50 qəpiyə qədər artıb.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, Rusiya və Türkiyədə soğanın qiymətinin sürətlə artması sahibkarları məhsulun bir hissəsini həmin ölkələrə ixrac etməyə məcbur etdi.

“Nəticədə daxili bazarda məhsul qıtlığı yarandı və qiymət artdı”.

Ana səhifəXəbərlərSoğana olan idxal rüsumu ləğv edilib