Hazırda ”Petkim”in ərazisindəki binada axtarış aparılır
Türkiyənin “Petkim” neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı əməliyyat keçirilir. Bu barədə Trend Türkiyənin “Anadolu” agentliyinə istinadən yazıb.
Hazırda kompleks ərazisindəki binada axtarışlar həyata keçirilir. Əməliyyatın başqa detalları barədə açıqlama verilmir.
Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən “Petkim” holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.
Onun sözlərinə görə, SOCAR Türkiyədə restrukturizasiya prosesi çərçivəsində əvvəlki kimi bu ölkəyə investisiya yatırmağa davam edəcək: “Türkiyədə şirkətin investisiyaları 18 milyard dollar təşkil edir. Bununla da şirkət Türkiyədə ən iri xarici investordur”.