İlham Əliyev sərəncam imzalayıb
Kənan Nəcəfov
və
Zaur Qurbanov
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifələrinə təyin edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev avqustun 11-də sərəncam imzalayıb.
Kənan Nəcəfov 2020-ci ildə İqtisadiyyat nazirinin əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Zaur Qurbanov isə indiyə qədər Azərbaycan İnvestisiya Holdinqində icraçı direktor müavini idi.
Prezident iyulun 19-da şirkətin 4 vitse-prezidentini vəzifəsindən azad
edib
.
ARDNŞ 1992-ci ildə prezidentin fərmanı ilə "Azərineft" Dövlət Konserninin və "Azərnefkimya" İstehsalat Birliyininin bazasında yaradılıb.
Şirkətin prezidenti Rövnəq Abdulleyevdir.