“SOCAR-Türkiyə”: “Petkim”in səhmləri qazanc məqsədilə satılıb

Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək

Source:


Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək


APA

-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Türkiyə”nin rəhbəri Kənan Yavuz “Petkim” kompleksinin neft-kimya layihəsindəki səhmlərinin bir qisminin satılmasını şərh edib.

K. Yavuz ”

APA

-Economics”ə açıqlamasında bildirib ki, bu addım qazanc məqsədi ilə atılıb.

“2010-2011-ci illərdə Türkiyə birjasında ucuzlaşma baş verdiyi zaman biz dövriyyədə 2 liradan bir qisim səhm almışdıq. Ardından həmin hissələr 4 liradan birjada satdıq. Bir sözlə biz ucuz qiymətə aldığımız səhmləri qazanc məqsədilə daha baha qiymətə satdıq. Təbii ki, SOCAR “Petkim”də majoritar səhmdar kimi qalıb”.

Bir gün öncə SOCAR “Petkim” neft-kimya layihəsindəki 3,4 faizlik səhm paketini “BCM Global Fund” şirkətinə satıb.

Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək.

Ana səhifəXəbərlər“SOCAR-Türkiyə”: “Petkim”in səhmləri qazanc məqsədilə satılıb