Tərəflər 3 illik müqavilə bağlayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” klubunun sponsoru olub.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Əməkdaşlıq 2023/2024 mövsümündən etibarən başlayacaq.
Anlaşmaya əsasən, İstanbul təmsilçisinin avrokuboklarda istifadə edəcəyi formaların sinə hissəsində SOCAR-ın adı yazılacaq.