***
14.40. “Petkim Petrokimya Holding A.Ş.”-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.
Bu barədə “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında deyilir.
V. Əliyev əlavə edib ki, “SOCAR Türkiye” isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.
“SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik”, – deyə V. Əliyev bildirib.
***
14.20. “SOCAR Türkiye” şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.
Ş
irkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.
***
”Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq”
SOCAR “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkutun saxlanılması və şirkətin bəzi əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.
SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev “APA-Economics”ə açıqlamasında deyib ki, S. Korkut dünən tutduğu vəzifədən azad olunub və onu SOCAR-ın Yunanıstandakı törəməsinin (“SOCAR Greece”) rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib: “Bu gün saat 12:00-də Anar Məmmədov kollektivə təqdim olunacaq”.
N. Quliyev əlavə edib ki, “SOCAR Turkey Energy” şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: “Onlardan birinin şikayəti əsasında “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.
“Petkim Petrokimya Holding A. Ş.” neft-kimya kompleksinin baş direktoru Saadettin Korkut saxlanılıb.
Eyni zamanda, S. Korkutun evində və iş yerlərində axtarış aparılıb. Həbsdən öncə holdinq rəhbəri tutduğu vəzifədən istefa verib.
Bundan başqa, holdinqin, o cümlədən onunla əlaqəsi olan digər müəssisələrin də rəhbərliyində təmsil olunan bir neçə şəxsin işindən uzaqlaşdırıldığı iddia olunur.