Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb
Türkiyədə, İzmir şəhərinin Petkim limanında iyulun 1-də yerli vaxtla saat 23:00 radələrində gəmilərin birində partlayış və ondan doğan yanğın baş verib.
Hadisə Petkim “Əliağa” Təsislərində yerləşən İtaliya bayraqlı 2008-ci ildə tikilmiş “LPG” tankerində naməlum səbəbdən baş verib.
Əliağa rəsmisi
Erhan Günay
bildirib ki, SOCAR-a aid Petkim limanında gəmidə baş verən partlayışda 2 nəfər ölüb, 17 nəfər yaralanıb. Onlardan 15-i italyan, digər iki nəfər Türkiyə və Rumıniya vətəndaşıdır.
Yanğın artıq söndürülüb
Partlayış baş verən gəminin 95 metrə uzunluğunda, 15 metrə genişliyi olduğu bildirilir.