SOCAR: Partlayış baş verən kəmərdə təmir işlərinə başlanılıb

“Magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılmışdır”

Source:
SOCAR


“Magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılmışdır”

Bu barədə xəbəri SOCAR-ın mətbuat xidmətindən bildiriblər.

SOCAR-dan həmçinin bildiriblər ki, görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülmüş, qazın nəqli alternativ xəttə keçirilmiş, istehlakçıların qaz təchizatında fasilə yaranmamışdır. Kəmərdə təmir-bərpa işlərinə başlanılmışdır.

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş vermişdir.

Ana səhifəXəbərlərSOCAR: Partlayış baş verən kəmərdə təmir işlərinə başlanılıb