SOCAR pandemiyaya görə işçiləri məzuniyyətə göndərir

Mirvari Qəhrəmanlı: “Əmr və sərəncamlar ya düzgün tərtib olunmur, ya icrasına nəzarət yoxdur”

Mənbə: SOCAR


Mirvari Qəhrəmanlı: “Əmr və sərəncamlar ya düzgün tərtib olunmur, ya icrasına nəzarət yoxdur”

Dövlət Neft Şirkətinin tabeliyindəki qurumlar pandemiya ilə əlaqadar əməkdaşlarının bir qismini məzuniyyətə göndərir. Bununla bağlı müəssisələrə telefonoqram göndərilib. Telefonoqramda yazılıb ki, bəzilərinin taarif-vəzifə maaşının 2/3 miqdarı saxlanılmaqla məzuniyyət verilsin.

Bu barədə Meydan TV-yə adlarının açıqlanmasını istəməyən neftçilər məlumat veriblər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə bildirib ki, telefonoqramın 5-ci bəndinin icrasına nəzarət edən yoxdur. Bəndin icrası zamanı tanışlıq, qohumluq və digər şərtlər əsas rol oynayır:

"Məlumdur ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə edilən razılığa görə, Azərbaycan mayın 1-dən gündəlik 718 min barrel yox, 554 min barrel neft istehsal etməli idi. Bununla əlaqadar şirkət 2000-dək quyunu bağlamalı oldu. Nəticədə çoxlu sayda işçi sayını azaltma təhlükəsi var. Şirkət çoxlu sayda işçisini taarif, yəni vəzifə maaaşının 2/3-i miqdarı ilə məzuniyyətə göndərib. Işçilərə isə izah olunmur ki, kim hansı səbəbdən taarif 2/3 -i miqdarı ilə məzuniyyətə göndərilir. Həmçinin bunun pandameya, yaxud OPEC ilə əlaqadar olduğu işçiyə açıqlanmır. Əmr və sərəncamlar ya düzgün tərtib olunmur, ya icrasına nəzarət yoxdur. Əsəb, psixoloji və mənəvi təzyiq altında olan isə əsasən sıravi işçilərdir".

Mirvari Qəhrəmanlı qeyd edib ki, 2021-ci ilini yanvar ayından Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır. "İşçilər təşkilata müraciət edərək bildiriblər ki, reallıqda heç o yazdıqları taaririfin 2/3 miqdarını yox, az ödəniş edirlər. SOCAR rəsmiləri bu şikayəti də araşdırmalıdır", – Qəhrəmanlı söyləyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, təşkilata göndərilən daha bir müraciətdə deyilir ki, SOCAR KQİT-də 1500 nəfəri maaşın 2/3 bölərək ödənişli məzuniyyətə buraxılıblar:

“Dənizdə işləyənlər dənizə buraxılmır, işçilər əziyyət çəkirlər. Müharibə zamanı kimin oğlu cəbhədə iştirak edirdisə, həmin işçinin adını siyahıya salmırdılar. Müharibə qurtaran kimi ikinci siyahi tərtib edib həmin işçiləri də ikinci siyahıya salıblar".

SOCAR-dan isə Mirvari Qəhrəmanlının ittihamlarına münasibət bildirmək istəməyiblər.

Dövlət Neft Şirkətinin “Siyəzənneft” Neft Qaz Çıxarma İdarəsinin əməkdaşları isə Meydan TV-yə işlərini itirə biləcəklərini deyiblər. Artıq 200-dən çox işçiyə bildiriş təqdim

edilib

.

Ana səhifəXəbərlərSOCAR pandemiyaya görə işçiləri məzuniyyətə göndərir