SOCAR Odessada zavod özəlləşdirmək istəyir

O qeyd edib ki, SOCAR nümayəndələrini zavodun texniki vəziyyəti yaxşı mənada heyran edib.

Source: Google

Məqalə

"Hromadske"

saytında dərc olunub

Zavodun ukraynalı oliqarx Dmitri Firtaşın şirkətinə olan borcu 250 milyon dollar təşkil edir

Yanvarın 29-da Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın Dövlət Əmlak Fondunun nümayəndələri ilə birlikdə Odessa Limankənarı Zavoduna baxış keçirib. Şirkət zavodu özəlləşdirmək fikrinə düşüb.

Bu haqda Odessa Limankənarı Zavodunun direktorunun müavini Nikolay Şurikov xəbər verib.

Onun dediyinə görə, zavoda SOCAR nümayəndələri ilə birgə prezidentin ofisinin rəhbəri Andrey Boqdan da gəlib.

“Kimya müəssisəsinin rəhbərliyi ilə görüş Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəyə investisiyanın cəlb edilməsi ilə bağlı tapşırığının yerinə yetirilməsi çərçivəsində baş tutub”, – Şurikov deyib.

O qeyd edib ki, SOCAR nümayəndələrini zavodun texniki vəziyyəti yaxşı mənada heyran edib.

“Görüş zamanı həmçinin Azərbaycan şirkətinin Odessa Limankənarı Zavodunun gələcəkdə özəlləşdirilməsində mümkün iştirakı müzakirə olunub”, – Şurikov əlavə edib.

2018-ci ilin aprelində “Ümumukrayna energetika şirkəti” ilə xammalın emal olunması haqda müqavilə pozulduğundan zavod öz işini dayandırmalı olub. Həm də “Naftoqaz”a və oliqarx Dmitri Firtaşın şirkətinə olan milyardlarla borca görə müəssisəni işə sala bilməyiblər. Zavod 2019-cu il avqustun əvvəlində fəaliyyətini qismən bərpa edib.

2018-ci ilin iyulunda Ali Məhkəmə Firtaşın şirkətinin xeyrinə Odessa Limankənarı Zavodunun 6,7 milyard qrivna (269,6 milyon dollar) məbləğində cərimə olunması haqda qərar çıxarıb və bu işi təkrar dinləməyə göndərib.

Zavodun ukraynalı oliqarx Dmitri Firtaşın şirkətinə olan borcu 250 milyon dollar təşkil edir. Zavodun ötənlərdə uğursuz özəlləşdirmə cəhdlərinə də məhz onlar səbəb olub.

Ana səhifəXəbərlərSOCAR Odessada zavod özəlləşdirmək istəyir