Kurort 2017-ci ilin sonunda açılacaq
SOCAR Adriatik dənizi sahillərində Monteneqrodakı kurortun tikintisinə bugünədək 200 milyondan artıq avro yatırıb.
Trend-in məlumatına görə, bunu Monteneqro Prezidenti Filip Vuyanoviç “bne IntelliNews” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, dəyəri 500 milyon avro olan kurort keçmiş hərbi bazanın yerində olacaq: “Biz gözləyirik ki, kurort 2017-ci ilin sonuna açılacaq”.