””SOCAR Türkey Petrokimya A.Ş.”-nin “Petkim”də sahibi olduğu 51 faizlik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 3,65 faizdən 1,32 faizə düşüb”
”SOCAR Türkiye Enerji” “Petkim Petrokimya Holding A.Ş.”-dəki ümumi dəyəri 152 mln. lirə olan payını satıb.
“APA-Economics” yazır ki, birjada satılan səhmlərin nominal dəyəri 4,35 lirə, səhmlərin sayı isə 35 mln. ədəddir.
“Bununla da “SOCAR Türkiye Enerji”nin payı 54,65 faizdən 53,32 faizədək azalıb. “SOCAR Türkey Petrokimya A.Ş.”-nin “Petkim”də sahibi olduğu 51 faizlik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 3,65 faizdən 1,32 faizə düşüb”, – deyə şirkətin açıqlamasında deyilir.