SOCAR-ın səhmləri satışa çıxarıla bilər

Natiq Əmirov: “SOCAR bu gün bu standartlara cavab verir”

Source:
Natiq Əmirov
Natiq Əmirov

Natiq Əmirov: “SOCAR bu gün bu standartlara cavab verir”

SOCAR-ın səhmləri satışa çıxarıla bilər.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

“Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var. Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər. Lakin bunun üçün şirkətlərin görəcəyi bir çox işlər var ki, bunlardan əsası korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflığın artırılması, maliyyə açıqlığının təmin olunması. SOCAR bu gün bu standartlara cavab verir. Buna görə, bir gün SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil”, – deyə o bildirib.

Ana səhifəXəbərlərSOCAR-ın səhmləri satışa çıxarıla bilər