SOCAR-ın 6.3 milyarddan çox borcu var (yenilənib)

Rövşən Ağayev: ”Nə qədər ki, effektiv və şəffaf menecment qurulmayıb, bütün dövlət şirkətlərinin fəaliyyəti belə olacaq”

Source:


Rövşən Ağayev: ”Nə qədər ki, effektiv və şəffaf menecment qurulmayıb, bütün dövlət şirkətlərinin fəaliyyəti belə olacaq”

SOCAR-ın konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edir.

“APA-Economics” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, bura həm xarici, həm daxili borclar aiddir.

SOCAR 2015-ci ildə mənfəət əldə etməyib.

S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: “Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub”.

Bu ilin yanvar ayının 1-ə “Azərenerji” ASC-nin SOCAR-a 416 mln. manat borc var idi.

Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam imzalayıb və dövlət subsidiyası hesabına borcun müəyyən bir hissəsi silinib:

“Sərəncamdan sonra 314 milyon manat məbləğində yeni borc yarandı. Üstəlik, bu ilin ilk üç ayı ərzində borcun üzərinə 30 milyon manat gəlib. Nəticədə “Azərenerji”nin SOCAR-a təxminən 350 milyon manata yaxın borcu yaranıb”.

SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun açıqlamasını öz Facebook səhifəsində şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki ötən il “Azərilight” markalı neftin orta illik qiyməti 55.4 dollar oub. Bu qiymət səviyyəsi, həmçinin xam neftin bu qiymətinin bazasında formalaşan neft məhsullarının qiyməti SOCAR-ın 1 milyard manat zərərlə işləməsinə səbəb olub. Belə çıxır ki, xam neftin qiyməti azı 65-70 dollar olmalıdır ki, bu şirkət zərərlə işlməsin, 80-90 dollar olmalıdır ki, mənfəətə çıxsın? Nə qədər ki, effektiv və şəffaf menecment qurulmayıb, bütün dövlət şirkətlərinin fəaliyyəti belə olacaq…”.

Ana səhifəXəbərlərSOCAR-ın 6.3 milyarddan çox borcu var (yenilənib)