Onlar maaşlarının artırılmasını tələb edirlər
Batumidə SOCAR şirkətinin 200-ə yaxın işçisi tətilə çıxıb.
Müxtəlif xidmətlərin mütəxəssisləri, ustaları və işçiləri tətil edirlər.
Onlar maaşların artırılmasını tələb edirlər.
Onların sözlərinə görə, illərdir ki, cüzi maaş alırlar, bu da onların iş yükünə uyğun gəlmir.
Tətilə çıxan əməkdaşların “batumelebi.ge” saytına verdikləri açıqlamaya görə, 10 gün əvvəl rəhbərliyə maaşların artırılması ilə bağlı yazılı müraciət ediblər, lakin rədd cavabı alıblar.
Bildiriblər ki, maaşlar Sənaye və Enerji Məsələləri üzrə Komissiya (SEMEK) ilə razılaşdırılıb və 2028-ci ilə qədər artırılmayacaq.
İşçilərin sözlərinə görə, onlara hədə-qorxu gələrək, cərimələnəcəklərini bildiriblər.
Tətilə çıxanların sözlərinə görə, mütəxəssis maaşı 1080 laridi.
Həmçinin iş prosesində işçilər tərəfindən edilən hər səhvə görə, 20 lari cərimə nəzərdə tutulub.
İşçilər maaşlarının ən az 1500 lari olmalarını tələb edirlər.
“SOCAR Georgia”nın açıqlamasında bildirilib ki, maaşların necə dəyişdirilə biləcəyi ilə bağlı SEMEK-lə məsləhətləşmələr aparılmalıdır.
Şirkətdən verilən məlumata görə, SEMEK tarifin qurulması zamanı əməkhaqqı fondunu yaradır və bu tarifə 5 ildən bir yenidən baxılır və bu müddət 2028-ci ilə qədərdir.
Lakin şirkətdən onu da bildirdilər ki, SOCAR SEMEK-lə məsləhətləşmələr planlaşdırır.
“Bizim direktor tətilçilər ilə görüşüb və qayıdıb SEMEK-lə məsləhətləşmələrə başlayacaq. Biz tənzimlənən müəssisəyik və bütün xərclərimiz tarifə daxildir . Tarif təyin olunan zaman əməkhaqqı fondu SEMEK tərəfindən müəyyən edilir və bu tarifə hər 5 ildən bir yenidən baxılır, buna görə də orta müddətli revizyon yoxdur. Bunun mümkünlüyünü onlardan öyrənmək üçün SEMEK ilə məsləhətləşməliyik”, – deyə açıqlamada qeyd olunub.