Bunun üçün 65 ton yanacaq verib
Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Georgia Petroleum” törəmə şirkəti Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınları ilə mübarizə üçün Gürcüstana 65 ton yanacaq verib.
APA yazır ki, bunun üçün 45 ton təyyarə yanacağı, 10 ton benzin və 10 ton dizel yanacağı ayrılıb.
“SOCAR Georgia Petroleum” həmçinin gələcəkdə yanğın nəticəsində məhv olmuş meşələrin bərpasında iştirak edəcəyini də bildirib.
Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.
Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.