SOCAR: Fəhlələr arasında insident ölümlə nəticələnib

Fəhlənin öz iş yoldaşını bıçaqla öldürdüyü bildirilir

Source:
Neft estakadası
Neft estakadası


Fəhlənin öz iş yoldaşını bıçaqla öldürdüyü bildirilir

Neft Daşlarında fəhlələr arasında baş verən insident ölümlə nəticələnib. Hadisə dekabrın 12-də saat 12 radələrində SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində baş verib.

Məlumatı SOCAR-ın rəsmi saytı

yayıb

. Bildirilir ki, bölmənin fəhlələri Anar Təbriz oğlu Əsgərov və Azər Ədalət oğlu Xalıqov arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib. Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

Ana səhifəXəbərlərSOCAR: Fəhlələr arasında insident ölümlə nəticələnib