Bu il SOCAR 50 mln. manat az vəsait ödəyəcək
2016-cı il üçün vergi daxilolmalarında neft-qaz sahəsində hasilatın pay bölgüsü müqavilələrindən mənfəət vergisi üzrə ilkin müəyyən edilmiş proqnoz 130 mln. manat azaldılır. “APA-Economics” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər layihəsində əksini tapıb.
Qanun layihəsində bu il neft-qaz sahəsində hasilatın pay bölgüsü müqavilələrindən mənfəət vergisi üzrə proqnoz 370 mln. manat (2015-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 1,8 dəfə az) nəzərdə tutulub.
Bu il SOCAR üzrə dövlət büdcəsinə müəyyən edilmiş ilkin proqnoz 50 mln. azaldılaraq 1 240, mln. manat (2015-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 170 mln. manat və ya 13,7% az) proqnozlaşdırılır.