SOCAR 350 milyonluq müqavilə bağladı

“Socar Polymer” layihəsi Sumqayıt kimya sənayesi parkında gerçəkləşdiriləcək

Source:

“Socar Polymer” layihəsi Sumqayıt kimya sənayesi parkında gerçəkləşdiriləcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Maire Tecnimont” şirkəti ilə 350 milyon avroluq müqavilə bağlayıb.

Trend-in məlumatına görə, bu razılaşma “Socar Polymer” layihəsi çərçivəsində polipropilen istehsalı ilə bağlı əməkdaşlığı (EPC-müqavilə) ehtiva edir.

Müqavilə çərçivəsində texniki xidmətlərin göstərilməsi, material-texniki təchizat, montaj işləri və layihənin istismarına qədər inşaat fəaliyyəti, eləcə də sınaq istismarı nəzərdə tutulur.

“Socar Polymer” layihəsi Sumqayıt kimya sənayesi parkında gerçəkləşdiriləcək. Bu layihənin reallaşdırılması ildə 180 ton polipropilen və 120 ton polietilen istehsal etməyə imkan verəcək. İstehsala 2016-cı ildə başlamaq nəzərdə tutulur. Məhsulların böyük hissəsini Türkiyəyə və Qərbi Avropa ölkələrinə ixrac etmək planlaşdırılır.

“Turan”-ın məlumatına görə, “SOCAR-Polimer şirkətinin baş direktoru Emil Eminov jurnalistlərlə söhbətində bildirib ki, zavodun inşasına bu il yayın sonlarında başlanılacaq və qrafikə uyğun olaraq 2017-ci ilin sonunda başa çatdırılacaq. Hazır məhsulun 70 faizinin ixraca göndərilməsi, qalanının isə yerli bazara çıxarılması planlaşdırılır. Sumqayıtda kimya-sənaye parkında, texnoparkda polipropilendən daxili bazarın ehtiyaclarını ödəmək üçün müxtəlif məhsulların istehsalı nəzərdə tutulur”.

“Maire Tecnimont S.p.A.” Şirkətlər qrupu inşaat, texnologiyaların hazırlanması, lisenziyalaşdırma, energetika və karbohidrogenlərin (neft-qaz sektoru, neft-kimya və gübrə istehsalı) sənaye istehsalı üzrə ixtisaslaşmış birgə  müəssisələrin yaradılması sahəsində aparıcı dünya şirkətidir.

Şikətlər qrupu Milan Fond Birjasının reyestrinə daxil edilib. Dünyanın 30-dan çox ölkəsində nümayəndəliyi var, 45-dən çox şirkətə nəzarət edir,  4500-ə yaxın  işçisi var.

“SOCAR Polimer” Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. manata bərabərdir. Müəssisənin 51% səhmi SOCAR-a, qalan 49 faizi yerli şirkətlərə  (Pasha Holding, Gilan Holding və Azersun Holding) məxsusdur.

Ana səhifəXəbərlərSOCAR 350 milyonluq müqavilə bağladı