Şirkətin dövlət büdcəsinə mənfəət vergisi 2,3 dəfə azalıb
2015-ci ildə SOCAR-ın ziyanı 1 mlrd 785 mln manat, 2014-cü ildə mənfəəti 1 mlrd 274 mln manat olub. Turan İA şirkətin ötən ilə dair hesabatına istinadən yazıb ki, 2015-ci ildə SOCAR-ın gəlirləri 33 mlrd 103 mln manat (azalma 16,6%) olub.
2015-ci ildə şirkətin əməliyyat mənfəəti 1 mlrd 287 mln (azalma 28,5%) təşkil edib.
Dövlət büdcəsinə mənfəət vergisi 201 mln manat (azalma 2,3 dəfə) olub.
SOCAR-ın aktivləri 66% artaraq 39 mlrd 954 mln manata çatıb. Uzunmüddətli aktivlər 2015-ci ildə 59,7% artaraq 25 mlrd 990 mln manat, qısamüddətli aktivlər 79,1% artaraq 13 mlrd 964 mln manat olub.
2015-ci ildə SOCAR-ın kapitalı 32,5% artaraq 14 mlrd 648 mln manata çatıb. Şirkətin nizamnamə kapitalı 1 mlrd 423 mln manat (azalma 4,9%), bölünməmiş mənfəəti 6 mlrd 191 mln manatdır (azalma 25,8%).
2015-ci ildə şirkətin öhdəlikləri 1,9 dəfə artaraq 25 mlrd 306 mln manat olub. Uzunmüddətli öhdəliklər 15 mlrd 59 mln manat (artım 2,5 dəfə), cari öhdəliklər 10 mlrd 247 mln (artım 48,7%) manatdır.