SOCAR $180 mln-a polietelen zavodu tikir

Zavodun məhsullarının ixracı ilə SOCAR Trading şirkəti məşğul olacaq

Source:
İmzalanma mərasimi
İmzalanma mərasimi
İmzalanma mərasimi
İmzalanma mərasimi


Zavodun məhsullarının ixracı ilə SOCAR Trading şirkəti məşğul olacaq

Fevralın 5-də SOCAR beynəlxalq seçmə müsabiqəsi nəticəsində Maire Tecnimont şirkəti ilə Yüksək Sıxlıqlı Polietelen zavodu layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik, təhcizat və tikinti üzrə sabit qiymətli Müqavilə imzalanıb.

Müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və Maire Tecnimont şirkətinin İdarə Heyətinin sədri Fabritsio di Amato imzalayıb.

Mərasimdən öncə keçirilən görüşdə qeyd olunub ki, Bakı şəhərindən 30 kilometr aralıda, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavod Azərbaycan neft-kimya sənayesinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Müqaviləyə əsasən layihənin istismara verilməsinə qədər olan mühəndislik xidmətlərinin həyata keçirilməsi, avadanlıq və mal-materialların satınalınması, quraşdırılması və tikinti işləri Maire Tecnimont şirkəti tərəfindən həyata keçiriləcəkdir. Yüksəksıxlıqlı Polietilen (YSPE) Zavodunun Ineos Innovene S texnologiyası əsasında hər il 120 000 ton həcmində məhsul istehsal etməsi nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsini “Qazprombank” həyata keçirir.

Müqavilənin dəyəri 180 milyon ABŞ dollarıdır.

İmzalanma mərasimində qeyd olunmuşdur ki, 2015-ci il aprel ayında Maire Tecnimont şirkətinin SOCAR tərəfindən YSPE layihəsi üzrə tenderin qalibi elan olunması və mühəndislik, təhcizat və tikinti üzrə sabit qiymətli Müqavilənin imzalanması Maire Tecnimont Qrupuna bəslənilən etimadın və verilən yüksək qiymətin təzahürüdür. Maire Tecnimont şirkətinin Baş İcraçı direktoru Pierroberto Folgiero bu etimadı Qrupun polyolefin sənayesində mühəndislik, tikinti sahəsi üzrə yüksək rəqabət qabiliyətinə göstərilən etimad kimi dəyərləndirmişdir.

Zavodun məhsullarının ixracı ilə SOCAR Trading şirkəti məşğul olacaq.



Turan İA

Ana səhifəXəbərlərSOCAR $180 mln-a polietelen zavodu tikir