Hakimiyyədə olan Marjan Sarec List (LMS) Partiyasından deputat olan Darij Krajcic parlamentdə mağazadan sandviç soyğunçuluğu etdiyi üçün istefa edib. Sloveniya mətbuatı xəbər verir.
Siyasətdə yeni olan 54 yaşlı Krajcic çərşənbə axşamı qeyd edib ki, o parlamentdən sandviç almaq üçün çıxıb və bir neçə dəqiqə mağaza işçilərinin ona diqqət yetirməyəcək qədər məşğul olmalarını gözləyib.
O, Kənd Təsərrüfatı Komitəsinin toplantısında qeyd edib ki, onu bu hərəkətə sövq edən mağazanın kontrol sistemini yoxlamaq olub:
“Mən sonra çölə çıxdım və heç kim arxamca gəlmədi, heç kim mənə bağırmadı. Bu, həm də o deməkdir ki, hər şey video nəzarəti altındadır. İndi və sonra onlar çox şeyi diqqətdən qaçırırlar”.
Cümə axşamı mətbuata açıqlama verən LMS fraksiya lideri Brane Golubovic deyib ki, Krajcicin hərəkəti qəbuledilməzdir: “Belə ki, o, bütün hərəkətlərinə görə məsuliyyət öz üzərinə götürdü və öz razılığıyla istefa verdi”.
Krajcici mütəxəssis və yaxşı insan adlandıran Golubovic həm də deyib ki, Krajcic etdiklərinə görə təəssüf edib və üzr istəyib:
“Əgər biz LMS dəyər və prinsiplərinə riayət etsək, o zaman bu hərəkətə görə məsul addım atılmalıdır. Bu səbəbdən, o, bunu qəbul etdi və öz razılığıyla getdi”.
Krajcic fevralın 15-də keçirilən mətbuat konfransında iştirak etməyib, ancaq POP TV-yə bəyanatında deyib ki, təəssüf edir. O əlavə edib ki, etdikləri oğurluq deyil, sosial eksperiment olub, sonradan sandviçin pulunu ödəyib.
Krajcic keçən il seçkidə Mozirje şəhərindən parlamentə seçilib. O, parlamentdə Avropa Birliyi Əlaqələri Komitəsinə sədrlik edirdi, infrastruktur və kənd təsərrüfatı komitələrinin üzvü idi.