Slovakiyanın Baş naziri və hökuməti istefa verdi

İstefaya səbəb jurnalistin ölümüdür

Source:


İstefaya səbəb jurnalistin ölümüdür

Slovakiya prezidenti Andrey Kiska martın 15-də Baş nazir Robert Fiko ilə hökumətinin istefasını qəbul edib.

Prezident Baş nazirin müavini Peter Pelleqerə yeni hökuməti təşkil etməyi tapşırıb.

Xarici media Slovakiyanın Baş naziri Robert Fiko ilə bərabər daxili işlər naziri Robert Kalinakın və mədəniyyət naziri Marek Madyariçin də istefa verdiyini yazıb.

Hökumətin istefasının fevralın 26-da araşdırmaçı jurnalist Jan Kuciakın qətli ilə bağlı olduğu bildirilir.

Fevralın 26-da 27 yaşlı jurnalist Jan Kuciak Velka Masa şəhərindəki evində sevgilisilə birlikdə güllələnərək

öldürülüb

.

Velka Masa şəhəri paytaxt Bratislavadan 65 kilometr şərqdə yerləşir.

Polis rəhbəri Tibor Gaspar deyib ki, qətllərin “onun araşdırmaçı fəaliyyətiylə əlaqəli olduğu görünür”. Onun sözlərinə görə, Slovakiyada jurnalistə qarşı belə bir hücum əvvəllər baş verməyib.

Ana səhifəXəbərlərSlovakiyanın Baş naziri və hökuməti istefa verdi