E.M
əmmədyarov isə
Da
ğ
l
ı
q Qaraba
ğ
m
ü
naqi
şə
si il
ə bağlı
status-kvonun q
ə
buledilm
ə
z oldu
ğunu söylədi
Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkili təklifi ilə çıxış edib və Bakı Parisdən bu təşəbbüsün inkişafı ilə bağlı konkret məlumat gözləyir.
Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyunun 18-də Sergey Lavrovla danışıqları başa çatdıqdan sonra brifinqdə bildirib.
Lavrovla danışıqların yekunlarına toxunan Elmar Məmmədyarov bildirib ki, müzakirə mövzularından biri Qarabağ nizamlanması idi.
“Biz Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün nə etməli olduğumuzu müzakirə etdik, belə ki, status-kvo qəbuledilməzdir”, deyə Məmmədyarov bildirib.
Görüşdə həmçinin Bakı və Moskvanın ikitərəfli münasibətləri müzakirə edilib. Elmar Məmmədyarov bu münasibətlərin strateji xarakter daşıdığını qeyd edib.
İqtisadi əməkdaşlığa toxunan Azərbaycan XİN rəhbəri ticari-iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulayıb, baxmayaraq ki, hazırki ticarət dövriyyəsi hələ ki, tərəfləri qane etmir.
Həmçinin humanitar əməkdaşlıq, parlament diplomatiyası, regional əməkdaşlıq məsələləri də müzakirə edilib.
Tərəflər Yaxın Şərqdə və Ukraynada vəziyyət haqqında fikir mübadiləsi aparıblar.
Lavrov Yaxın Şərqdə terrorizmin güclənməsi ilə bağlı narahatlığını bidirib. “Bu, həm Rusiya, həm Azərbaycan, həm də Avropa üçün təhlükəlidir”. O, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq bildirib.
“Danışıqlar faydalı olub. Biz münasibətləri dostluq, qarşılıqlı anlayış əsasında inkişaf etdiririk. Son dövrdə nümayəndə heyətləri arasında ən intensiv mübadilə məhz Azərbaycanla olub”- deyən Lavrov 2013-cü ilin avqustunda Rusiya prezidentinin Azərbaycana səfərini xatırladıb.
S.Lavrov Azərbaycana Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq üçün rəsmi dəvət göndərilmədiyini bəyan edib. “Lakin Moskva həmişə tərəfdarlarının Avrasiya məkanına maraq göstərməsinə şaddır”- deyə o qeyd edib.
Bununla belə Lavrov deyib ki, Ermənistan Aİİ-yə BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində daxil olacaq.
Onun “inteqrasiya prosesləri Gömrük İttifaqına daxil olan ölkələrin ərazilərində həyata keçirilir və Dağlıq Qarabağ Gİ-nin üzvü deyil”
İyunda Dövlət Duması spikerinin, baş nazir müavininin səfərləri, Qəbələdə Azərbaycan-Rusiya forumu, oktyabrda isə Bakı Beynəlxalq Forumu baş tutacaq.
Tərəflər həmçinin Xəzər mövzusunu müzakirə ediblər. “Biz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Danışıqların nəticələrindən kifayət qədər razıyam”, deyə Lavrov sözünə davam edib.
Ukraynadakı hadisələrə toxunan Lavrov Ukraynanın cənub-şərqində hərbi vəziyyətin tətbiq edilməsi planlarını pisləyib. Onun fikrincə, bu, Ukrayna hakimiyyətinin əl-qolunu daha da açır. “İnsanların həlak olması bu ölkədə atəşin dayandırılmasının lazım olduğuna işarədir”, deyə Rusiya XİN rəhbəri bildirib.