Dünən gecə KİPR-in Lefkoşa şəhərində baş verən ağır yol qəzasında 2 azərbaycanlı tələbə həyatını itirib, biri ağır olmaqla iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Kipr polisindən verilən məlumata görə, qəza 28 fevral, gecə 23:50 radələrində baş verib. Qəzaya səbəb kimi azərbaycanlı tələbələrin idarə etdiyi avtomobilin qarşı tərəfə çıxması və yüksək sürət olduğu bildirilib.
Xəstəxanaya çatdırılmalarına baxmayaraq, həyatını itirən Yunis Ərəbov və Nicat Hacızadənin nəşi vətənə göndərilib. Ağır yaralanan Mehdi Laamyem və qəzadan yüngül xəsarətlə çıxan Anar Süleymanlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.