”Sizin və bizim azadlığımız uğrunda Mübarizəyə Davam!” (VİDEO)

Bu gün Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Elmar yaşasaydı 48 yaşını qeyd edəcəkdi. 2005-ci ilin martın 2-də evinin qarşısında ağzından vurularaq öldürülən jurnalist hakimiyyəti sərt tənqid edən yazılarla tanınırdı. Ölümündən sonra prezident İlham Əliyev Elmarın qatilləri bir həftəyə tapılacaq vədini versə də, üstündən 10 il keçməsinə baxmayaraq, qətlin sifarişçiləri tapılmayıb.

Elmar Hüseynov müsahibələrinin birində deyirdi: “Biz bilirik ki, insan yalnız öz vətənində xoşbəxt ola bilər. Biz də çoxu kimi evimizin təmirli olmasını, qarajımızda maşınımızın olmasını, heç olmasa soyuducumuzun dolu olduğunu görmək istəyirik. Hansı ki, biz hazırda onlardan məhrumuq. Ona görə yox ki, bizim bacarığımız yoxdur, ona görə ki, hazırki hakimiyyətdə sən ya azad olmalısan, ya da səni doydurmalıdırlar. Amma qul olaraq qarnı tox olmaq heç vaxt heç kimə xoşbəxtlik gətirməyib. Lakin Azadlıq – hətta ac olsan belə xoşbəxtliyin ən əsas komponentidir. Belə ki, sizin və bizim azadlığımız uğrunda Mübarizəyə Davam!”

Elmar Hüseynovun qətli Azərbaycanda jurnalist kəsimə qarşı yönələn ən sərt addım olsa da, son olmadı. Qətllər baş verməsə də, təqiblər və həbslərlə davam etdi. İlham Əliyev hakimiyyəti dönəmində 10-larla jurnalist həbs edildi. Qərbin Azərbaycana qarşı tənqidlərini gücləndirən sonuncu həbs İlham Əliyev iqtidarının tənqidə və azad fikrə açıq olmadığını bir daha ortaya qoydu. Xədicə İsmayıl İlham Əliyev və ailəsini araşdıran jurnalist kimi tanınırdı. O, həm də Prezident Admistrasiyasının müxtəlif adlarınının biznesini araşdırmışdı. Siyahıda Xədicə də sonuncu deyil. Rauf Mirqədirov, Seymur Həzi eyni həbs taleyini yaşayan jurnalistlərdir.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan fond yaradılıb.

Ana səhifəVideo”Sizin və bizim azadlığımız uğrunda Mübarizəyə Davam!” (VİDEO)