Siyəzəndə gərginlik: Polis gözyaşardıcı qazdan istifadə edir (Yenilənir) (VİDEO)


Aksiyada fəallıq göstərənlər saxlanılır


Siyəzən şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, polis qüvvələri hazırda Qalaaltı adlanan əraziyə gedilən yolda əhaliyə hücum edib. Saxlanılanlar var.


Məktəblilər evə buraxılmır. 6 saylı məktəbin ərazisinə də qaz bombasının atıldığı, uşaqlar arasında zəhərlənənlərin olduğu da deyilir.


Gələn məlumatlar arasında o da bildirilir ki, Şabran əhalisinin aksiyaya dəstək verməməsi üçün yollar bağlanıb

————————————————————————————————————————————————————————-

Yanvarın 13-də səhər saatlarında Siyəzən rayonunun mərkəzində bahalaşmaya etiraz olaraq aksiya başlayıb. Şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, dünən axşamdan Siyəzənə polis dəstələri yeridilib: Qara maskalılar Siyəzəndə aktivlik göstərən bir neçə nəfəri tutub aparıblar. Polis gözyaşardıcı qazdan istifadə edir, əhali də onları daşa basır”.

Hələlik saxlanılanların kimliyi haqda məlumat yoxdur. Son məlumatda onların 50 nəfərdən artıq olduğu deyilir. Tutulanlar arasında jurnalistin olduğu da bildirilir.

Verilən məlumatda deyilir ki, şəhər İcra Hakimiyyətinin ətrafı polis tərəfindən tam nəzarətə götürülsə də, insanlar müxtəlif küçələrdə hissə-hissə toplaşaraq, etirazlarını davam etdirirlər. Pərakəndəlik olduğundan aksiyaçıların dəqiq sayı bilinmir.

Ana səhifəVideoSiyəzəndə gərginlik: Polis gözyaşardıcı qazdan istifadə edir (Yenilənir) (VİDEO)