Siyavuş Novruzovdan iranlı deputata sərt reaksiya

“Azərbaycanda cinsi azlıqlarla bağlı heç vaxt qanun qəbul olunmayıb”

Source:


“Azərbaycanda cinsi azlıqlarla bağlı heç vaxt qanun qəbul olunmayıb”

YAP-çı deputat Siyavuş Novruzov iranlı deputat Mənsur Həqiqətpurun söylədiklərinə sərt reaksiya verib. O, bu barədə modern.az-a bildirib ki, Həqiqətpur başda olmaqla heç kəs Azərbaycanı dinlə bağlı ittiham edə bilməz.

“Birincisi, bu yaxınlarda İran televiziyalarının biri Həqiqətpurun deputat seçildiyi ərazidə yaşayan azərbaycanlılar kütləvi şəkildə təhqir olundu. Bütün azərbaycanlılar ayağa qalxıb öz etiraz səslərini ucaltdılar. Həqiqətpur isə qaçıb gizləndi. Halbuki, o, öz seçicilərinin hüquqlarını müdafiə etmədi. Ümumiyyətlə o seçicilərini müdafiə etmək qabiliyyətinə malik deyil. İndi İranda oturub Azərbaycandakı bəzi “arı yuvaları”na çöp uzadır. Burda da xoruzun quyruğu görünür. Nardaran hadisələrində işin arxasında kimin durduğu üzə çıxır. Həqiqətpur vaxtı ilə İran ordusunun komandalarından biri olub. Bu göstərir ki, o, dolayısı ilə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan terror aktlarının arxasında dayananlardan biridir. O, dindar insanlar Nardarandakı hadisələrə qoşmaqla cəmiyyətin fikrini yanlış yerə yönəltmək istəyir. Nardaranda saxlanılan insanların çoxunun Nardaranla əlaqələri yoxdur. Sadəcə olaraq onlar Həqiqətpur kimilərinin göstərişi ilə Nardarandan bir qərargah kimi istifadə ediblər”,-deyə YAP-çı bildirib.

Komitə sədri İran parlamentinin nümayəndəsinin Azərbaycanda cinsi azlıqlara hüquq verilməsi ilə bağlı çıxışını yalan adlandırıb:

“Azərbaycanda cinsi azlıqlarla bağlı heç vaxt qanun qəbul olunmayıb. Bu, Azərbaycan xalqının mənəviyyatına, əxlaqına, hətta İslamdan qabaqkı dövrlərin adət-ənənəsinə zidd bir şeydir. Dəfələrlə Avropa Şurası, Avropa Parlamenti belə qanunun qəbul olunmamasını Azərbaycana irad kimi tutublar. Siz Həqiqətpurun ikiüzlülüyünə baxın. O, bilə-bilə yalandan informasiya verməklə məşğuldur. Halbuki, indi İranın özü Avropa dövlətləri ilə qol-boyun gəzir, Ermənistanla ən yaxın müttəfiqdir. Sən öz gözündə tiri görməyib, başqasında tük axtarırsansa, ondan vay sənin halına”.

Ana səhifəXəbərlərSiyavuş Novruzovdan iranlı deputata sərt reaksiya