Siyavuş Novruzovdan Fəzail Ağamalıya və Zahid Oruca mesaj

Kimsə mollalıq, münəccimlik etməsin

Source:


Kimsə mollalıq, münəccimlik etməsin

“Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad edilməsi Prezident İlham Əliyevin səlahiyyətlərinə daxil olan məsələdir. Çünki Ali İcra Hakimiyyətinin başçısı məhz prezidentdir. Ona görə də kiminsə qəbul olunan qərara şərh vermək və onu müzakirə etmək haqqı yoxdur”.

Bu fikirləri “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib.

S.Novruzov vurgulayıb ki, prezident kimi istəsə vəzifəyə həm təyin edir, həm də vəzifədən azad edir: “Lakin Milli Məclisin üzvlərindən bəziləri bu məsələyə qoşulub fikir bildirir. Prezident kimi vəzifəyə nə vaxt təyin edir, yaxud nə vaxt işdən azad edir, özü bilir. Ona görə də heç kim Prezidentin səlahiyyətlərinə qarışmasın. Kimsə mollalıq, münəccimlik etməsin”.

E.Mahmudov milli təhlükəsizlik naziri olduğu dövrdə necə işləməsinə gəlincə, YAP icra katibinin müavini deyib: “Mən əlavə heç nə deyə bilmərəm. Mən Prezidentimin bildiyindən artıq heç nə bilmirəm. Hər şeyi bilən cənab Prezidentdir”.

Ana səhifəXəbərlərSiyavuş Novruzovdan Fəzail Ağamalıya və Zahid Oruca mesaj