Siyavuş Novruzov: ”YAP heç bir müzakirədən, diskussiyadan çəkinmir”

”Partiyalar əvvəlcə təkliflərini yazılı şəkildə verməli, sonra müzakirə başlamalıdır”

Source:
Siyavuş Novruzov


”Partiyalar əvvəlcə təkliflərini yazılı şəkildə verməli, sonra müzakirə başlamalıdır”

Azərbaycanda iqtidar və müxalifət dialoqu üçün mühit var. Bir neçə dəfə dialoq olub, həmin görüşlərdə qeydiyyatdan keçən bütün siyasi partiyalar iştirak edir. Ölkədə baş verən ictimai-siyasi və digər məsələlərlə bağlı hansısa partiyanın təklifi varsa, həmin təklifi yazılı formada təqdim etməlidirlər”.

Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

O, bir neçə müxalifət partiyasının YAP-ı ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı müzakirələrə dəvət etməsinə münasibət bildirərkən deyib ki, Yeni Azərbaycan Partiyası heç bir müzakirə, diskussiyadan çəkinmir: “Ölkədə fəaliyyət göstərən partiyaların təklifləri YAP-ın Partiyalararası Dialoq Komissiyasına təqdim olunduqdan sonra sıralanır, ilk növbədə həlli vacib olan məsələlər müzakirəyə çıxarılır. İstənilən müzakirəyə qatılmağa hazırıq. Ona görə partiyalar əvvəlcə təkliflərini yazılı şəkildə verməli, sonra müzakirə başlamalıdır”.

S.Novruzov qeyd edib ki, müxalifət partiyaları təkliflərini şifahi şəkildə səsləndirirlər: “Keçirdikləri toplantılarda çıxışlar edirlər. Həmin çıxışların həm iqtisadi, həm hüquqi, həm də siyasi əsası olmalıdır. Təkliflər yazılı təqdim olunarsa, müzakirələr aparıla bilər”.

Bir neçə müxalifət partiyasının təmsil olunduğu “Antiböhran koalisiyası” ölkədə baş verən ictimai-siyasi məsələlərin müzakirəsi üçün YAP-a dəvət göndərdiyini bildirib.

Bir qrup partiya sədrinin təşkilatçılığı ilə “Antiböhran koalisiyası” yaradılıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və “Ağ blok” hərəkatı daxildir.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: ”YAP heç bir müzakirədən, diskussiyadan çəkinmir”