Milli Məсlisdə xaricdə yaşayan bəzi azərbaycanlılarla bağlı çağırışlar səsləndirilib
“Burada tərif demək lazım olsaydı, indi mənə çıxış üçün növbə çatmamışdı. Amma baxıram ki, çoxu mövqe bildirməkdən çəkinir. Bu, elə məsələdir ki, hamının mövqeyi yekdil olmalıdır”.
Bunu aprelin 3-də Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. O, xaricdə yaşayan bəzi azərbaycanlıların Azərbaycana qarşı söyüş və təhqir kampaniyası apardığını deyərək, hamını bu məsələyə mövqe bildirməyə çağırıb.
“Hamımız çəkilək bir tərəfə, bunun nəticəsi nə olacaq? Biz nəyə göz yumuruq? Niyə münasibətimizi bildirmirik? Hər bir insan öz seçicisini təmsil edir. Bunlar seçicini təhqir edirlər, dövləti, prezidenti təhqir edirlər”.
O, ölkə əleyhinə təbliğat aparan insanların erməni lobbisinin təhriki ilə xaricdən maliyyələşdiyini bildirib.
“Bir dəfə erməni səfirliyi qarşısında etiraz aksiyası keçirməyən insanlar Azərbaycan səfirliyi qarşısında aksiya keçirirlər. Belələri olan yerdə daha erməniyə nə ehtiyac var? Onlar “sapı özümüzdən olan baltalar”dır. Əlbəttə, sən nəyəsə etiraz edə bilərsən, şəxslərə, fərdlərə müxalif ola bilərsən, amma Azərbaycan dövlətinə, Azərbaycan ordusuna, dövlətçiliyinə müxalif ola bilməzsən. Onlar sadəcə erməni saytlarında, qəzetlərində məşhurlaşmaq istəyənlərdir” – deyə deputat bildirib.
Deputat Ziyad Səmədzadə isə bildirib ki, son vaxtlar Azərbaycana qarşı aparılan kampaniyanı Azərbaycanın müstəqil siyasətinə qısqanclığın nəticəsi hesab edir:
“Ancaq bunların hamısı keçəcək, çünki Azərbaycanda xalq-dövlət birliyi təmin edilib, həmrəylik yaranıb”.
Deputat Eldar İbrahimov da xaricdəki bəzi azərbaycanlıların hərəkəti təəssüfvericidir. O, həmkarı Adil Əliyevin 31 mart qırğını günü ilə bağlı Köln şəhərində keçidiyi
tədbir
ində yaşananları misal çəkib:
“Onların kim olduğuna baxaq. Vaxtilə bizim ora təhsil almaq üçün göndərdiyimiz şəxslərdir. heç bir dövlət nöqsansız deyil, bizim də nöqsanlarımız var, amma onlar tənqid yox, Azərbaycan xalqını, dövlətini təhqir edirlər. Mən Azərbaycanı təhqir edənlərə “ar olsun!” deyirəm”.
Deputat Elmira Axundova isə parlamentdə bu tip cavabların verilməsinin tərəfdarı olmadığını deyib:
“Bu insanlar o qədər səviyyəsizdirlər ki, onlar heç parlamentdə geniş müzakirələrə də layiq deyillər. Sonra gedib sevinəcəklər ki, bizimlə bağlı parlament səviyyəsində müzakirə açdılar. Siyavuş müəllimə demək istəyirəm ki, biz hər birimiz mövqeyimizi bildirmişik. Mən özüm müsahibə verib demişəm ki, opponentə qarşı kişi kimi mübarizə aparmaq lazımdır. Onlara demək istəyirəm ki, Azərbaycan kişisi kürəyə deyil, sinəyə zərbə vurur”.
Deputat Hikmət Məmmədov kampaniyanın qlobal imperializmin lidersizləşdirmə və dövlətsizləşdirmə siyasətinin nəticəsi olduğunu, Azərbaycanda daxili sabitliyi pozmaq istəyənlərin süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmaq cəhdi kimi qiymətləndirib:
“Onlar siyasi teatr düzəldirlər, amma gələcəkdə bu, siyasi drama çevriləcək. Gördünüzmü, Kölndə polis müdaxilə etmədi? Həm bizim tədbirə, həm də qarşı tərəfə icazə verdi. Azərbaycanı təhqir edən şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görülməli və onların cəzalandırılması üçün addımlar atılmalıdır”.
H.Məmmədov sosial şəbəkələrin fəaliyyətininin hüquqla tənzimlənməsini də təklif edib.
Sonda spiker Oqtay Əsədov da bildirib ki, onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər:
“Çünki bizim xalq mərddir”.
O əlavə edib ki, çıxışlara 20-dən çox deputat yazılsa da, parlament bütün iclasını bu məsələyə həsr edə bilməz.
“Hökm deyil ki, Milli Məclisin mikrafonu olsun və bu məsələ ilə bağlı burada mövqe bildirilsin. Ayrı-ayrı saytlar, qəzetlər var, orda da mövqe bildirmək olar” – deyən Milli Məclis sədri gündəlikdəki məsələlərin müzakirəsinə keçib.