Siyavuş Novruzov: Səhiyyə, təhsil işçiləri kimi cərimələməlidirlər ki, əməkhaqqına əlavə edilsin?

“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklik layihəsinə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Source: Foto: Azertac


Prokurorluq işçilərinin ikiqat maaş və cərimələrdən faiz alacağını nəzərdə tutulan qanun təsdiqləndi

“Kim nə qədər pul toplasa, onun əməkhaqqısına əlavə edilir. Bəs bizim ərazi bütövlüyümüzü qoruyan hərbçilərin əməkhaqqısının artımı nəyin əsasında formalaşdırılmalıdır?”

Parlamentin iclasında çıxış edən deputat Siyavuş Novruzov belə deyib.

O, bir sıra qurumlarda çalışan işçilərin əməkhaqqının yığılan cərimələrdən formalaşması məsələsinə etiraz edib və bildirib ki, bu sistem qurumlar arasında ayrı-seçkilik yaradır:

“Ümumilikdə qərar qəbul etməliyik ki, ya hər kəsin, ya da heç kimin. Prokurorluq orqanlarının əməkdaşlarının maaşlarının 25 faizi yığılan cərimələrdən formalaşır. Eləcə də, digər qurumlarda da bu var. Bildirilir ki, cərimələr onların sosial rifahına ayrılır. Onda səhiyyə, təhsil sahələri nə etməlidir? Onlar kimi cərimələməlidirlər ki, onların əmək haqqına əlavə edilsin?”

“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklik layihəsinə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Layihədə qeyd olunur ki, prokurorluq işçilərinin maddi təminatı gücləndirilməsi məqsədilə qanuna yeni maddə əlavə edilir.

Digər dəyişiklik isə Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödənilməsi ilə bağlıdır.

Bundan başqa, cinayət işi və bəzi inzibati cərimələrdən büdcəyə daxil olan vəsaitlərin bir hissəsi prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi texniki bazasının möhkəmləndirmək məqsədi prokurorluğun xəzinə hesabına köçürüləcək.

“Prokurorluq haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı layihəyə əsasən, həmin ödənişlər aşağıdakılardır:

– Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

– Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

– İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi;

Layihə III oxunuşda səsə qoyularaq qəbul edilib.

Ana səhifəSosialSiyavuş Novruzov: Səhiyyə, təhsil işçiləri kimi cərimələməlidirlər ki, əməkhaqqına əlavə edilsin?