Siyavuş Novruzov: Referendumun bu il keçirilməsi nəzərdə tutulub

”Prezidentin təklifinə hazırda Konstitusiya Məhkəməsində baxılır”

Source:


”Prezidentin təklifinə hazırda Konstitusiya Məhkəməsində baxılır”

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında KİV nümayəndələri ilə keçirilən görüşdə bildirib.

S. Novruzov deyib ki, prezidentin təklifinə hazırda Konstitusiya Məhkəməsində baxılır və qanunda nəzərdə tutulan dövr ərzində rəy veriləcəyi təqdirdə, referendumun keçirilməsinə hazırlıq başlayacaq.

İyulun 18-də prezident İlham Əliyev Konstitusiyaya yeni dəyişiklik təkliflərini Konstitusiya Məhkəməsinə göndərib.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: Referendumun bu il keçirilməsi nəzərdə tutulub