Deputat Siyavuş Novruzov

Mənbə: Report

Başlıq: Deputat Siyavuş Novruzov

Siyavuş Novruzov keçmiş nazirlərə: Milyardları yığıb altına, xaricdə oturanları maliyyələşdirmə

Məqalə yeniləndi:  10 Sentyabr 2019

Baş prokurorluq deputat Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı dediyi məsələlərə görə araşdırma aparmır.

Bunu Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Trend” agentliyinə deyib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə bildirib ki, bir sıra eks-nazirlərlə bağlı dosyelərə malikdir.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

Mənbə: Report

“Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, “mövqeyini bildir!” Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz. Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”

“Bu xəbərdarlıq və ittihamlar konkret olaraq kimə, yaxud kimlərə ünvanlanıb?” sualına cavabında Siyavuş Novruzov konkret ad çəkməyib.

“Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də…var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq”.

“Turan” İnformasiya Agentliyi yazıb ki, üç keçmiş nazir - təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və nəqliyyat naziri Ziya Məmmədov bəyanatla çıxış edərək müxalifətin maliyyələşdirilməsinə bağlı olduqlarını inkar ediblər.

“İndiyə qədər hakim partiya və iqtidar Qərbi Azərbaycanda hakimiyyəti devirmək məqsədilə müxalifəti maliyyələşdirməkdə ittiham edib,”- agentlik yazıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w493cs

Ən çox baxılan