”Təhqir hakimiyyətdən başlamayıb”
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun “Yeni Müsavat” qəzetində
müraciəti
yayılıb. Müraciətin doğurduğu sualları nəzərə alaraq YAP-çı deputatla əlaqə saxladıq.
– Siyavuş müəllim, sizin məlum müraciətiniz bir sıra media orqanlarda və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bunlardan xəbərdarsınızmı?
– (gülür) Oxuyuram.
– Müraciətinizə müxalifətçilərin reaksiyası belədir ki, təhqir və şantajları hakimiyyət başlayıb. Onlar Əhəd Abıyevin Milli Məclisdəki çıxışlarını və Hafiz Hacıyevin açıqlamalarını xatırladırlar.
– Hər bir deputat istənilən çıxışı edə bilər. Bunun hakimiyyətə nə aidiyyatı var?!
–
Deputat hazırda icra başçısıdır və bunu əsas gətirib onun tapşırığı hakimiyyətdən aldığını iddia edirlər. Bunu əsaslı saymırsınızmı?
– Nə olur, atırlar hakimiyyətin üstünə. Kim kiminlə yola getmirsə, deyir “hakimiyyət edir”. Nəyə əsasən?!
–
Siz özünüz, ümumiyyətlə, Əhəd Abıyevin dediklərini necə qiymətləndirirsiniz?
– Hər bir şəxs dediyinə cavabdehdir.
–
Bəs YAP-çıların AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısındakı aksiya və orda səsləndirilən təhqiramiz şüarları necə şərh edərdiniz?
– Kimsə aksiya edibsə, onun YAP-a nə aidiyyatı var?
–
O zaman Vidadi İsgəndərlinin atasının məzarınıın təhqir olunmasını necə izah edərdiniz?
– Əvvəla, onu sübut etsinlər ki, kimsə bunu edib. Ümumiyyətlə, mən elə şeyin əleyhinəyəm. Mən dini baxımdan əsaslandırmışdım ki, belə şeyin əleyhinəyəm.
–
Hakimiyyətin tənqidçiləri bildirirlər ki, təhqirlər hakimiyyətdən başlanıb…
– Xeyr, elə deyil, təhqir hakimiyyətdən başlamayıb.
–
Məsələn, İlham Əliyev müxalifətçiləri ünsür, həyasız, naftalin iyi verən
adlandırıb
…
– Özünüzdən elə şeylər düzəltməyin.
–
Sizin müraciətin ardınca, m
üxalifətlə bir masa arxasında təhqirlərə son qoymaqla bağlı müzakirələr aparmaq mümkündürmü?
– İstənilən vaxt istənilən şəxslərlə oturmağa hazırıq.