Siyavuş Novruzov: Dini icmalara avtomobillərin verilməsi müəyyən çaşqınlıq yaradıb

”Hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək”

Source:
Siyavuş Novruzov
Siyavuş Novruzov


”Hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək”

Prezident

İlham Əliyev

in oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobil hədiyyə etməsi birmənalı qarşılanmadı.

Dinin dövlətdən ayrı olduğu Azərbaycanda bu qərar media və sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov da dini icmalara avtomobillərin verilməsinin çaşqınlıq yaratdığı etiraf edib:

“Azərbaycanda dini icmalara avtomobillərin verilməsi müəyyən çaşqınlıq yaradıb. Ancaq burada söhbət fərdlərdən yox, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar. Bu proses yeni başlayıb. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısı mütəmadi xarakter daşıyır. Bunu istər məscidlərin tikilib və ya yenidən təmir olunmasında, istərsə də dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahidi oluruq”.

Deputat dini icmalara avtomobillərin verilməsini nümunəvi addım adlandırıb.

Komitə sədri yas mərasimləri qaydalarına da münasibətini bildirib:

“Gərək, mərasimlər bir-birindən fərqlənməsin. Hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalır. Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha da sadə keçirilməsini təmin etməliyik. İnsanlar yas mərasimindən sonra borclu qalırlar”.

Deputatın sözlərinə görə, nümunəvi qəbirstanlıqların yaradılması ilə bağlı hazırlanan qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək.

Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda keçirilən

konfrans

da danışan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə isə deyib ki, dini mərasimlər dini siyasiləşdirilməsi alətinə çevrilməməlidir:

“Təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və islam adı altında hərəkət edən bəzi radikal dini qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə, zarafata yol verilməməyə çalışılmalıdır. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır”.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: Dini icmalara avtomobillərin verilməsi müəyyən çaşqınlıq yaradıb