Siyasi partiyalar və hərəkatlar BMT-nin Baş katibinə müraciət etdi

Bu barədə Meydan TV-yə məlumat verən Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli bildirib ki, Müsavat Partiyası müraciətə imza atmaqdan imtina edib

Source:


“Ermənistanın yaratdığı təhlükə Avropanın enerji təhlükəsizliyinə ciddi risklər törədir”

Azərbaycanın bir sıra siyası partiyaları və ictimai hərəkatları BMT-nin Baş katibi Antonio Quterreşə müraciət edib.

Müraciətdə deyilir ki, Ermənistanın silahli qüvvələri davamlı təcavüzkar hərbi əməliyyatları ilə 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını dəfələrlə pozub və Ermənistan 27 sentyabrdan Azərbaycana qarşı müharibə edir.

“Ermənistanın silahlı qüvvələri son müharibədə dinc Azərbaycan əhalisinə qarşı “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil olan “9N235”, həmçinin “M85” bombacıqlarından istifadə edir. 27 sentyabrdan 11 oktyabradək Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrini ağır artileriyyadan açdığı atəşlər və endidiyi raket zərbələri nəticəsində 41 mülki şəxsin həlak oldub, 205 nəfərin yaralandıb, 146 mülki obyekt və 1165 yaşayış evi yarasız hala düşüb”.

Müraciətdə 10 oktyabr Moskva danışıqlarına toxunularaq bildirilib ki, Ermənistan humanitar atəşkəs razılaşmasını pozub:

“Oktyabrın 11-də gecə saat 2-də cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərində çoxmənzillli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 15 qadın, 6 azyaşlı uşaq olmaqla 31 nəfər yaralanıb. Ermənistan silahlı qüvvələri qətlə yetirilmiş Azərbaycan həbiçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərlə cinayət əməlləri törətməsinə dair sosial şəbəkələrdə video süjetlər paylaşılır ki, bu da 1-ci Cenevrə Konvensiyasının 16 və 17-ci maddələrinin pozuntusudur. Ermənistan "Müharibə qurbanlarının müdafiəsinə dair" 12 avqust 1949-cu il Cenevrə Konvensıyasının tələblərini, BMT-nin İnsan Hüquqları Komissiyasının 58-ci sessiyasının qəbul etdiyi "İtkin düşmüş şəxslər haqqında", habelə "Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qətnamələrini, BMT Baş Məclisinin Vyana Bəyannaməsində (1993-cü il) və onun fəaliyyət proqramına görə, silahlı münaqişə şəraitində qadınların insan hüquqlarının pozulması beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi dəyərləndirilməli və belə əməllərə görə ən ciddi tədbirlər görülməlidir. Bu mövqe BMT Baş Məclisinin "Qadınlara münasibətdə zorakılığın aradan qaldırılması haqqında Bəyannamə"sində və Pekin Bəyannaməsində 1995-ci ildə öz əksini tapıb”.

Eyni zamanda, müraciəti imzalayanlar "Mingəçevir" su elektrik stansiyası və Avropaya istiqamətlənən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə təhlükə yarandığını qeyd edib:

“Ermənistanın yaratdığı təhlükə Avropanın enerji təhlükəsizliyinə ciddi risklər törədir. Odur ki, sizdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın ərazisini tərk etməsini üçün münaqişə ilə bağlı 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrinin icra olunmasını və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını xahiş edirik”.

Müraciətə Azad Demokratlar, Ədalət Partiyası, Demokratiya və Rifah Hərəkatı, Azərbaycan Xalq Partiyası, ReAL, Haqq və Ədalət, Ümid, Azərbaycan Yüksəliş Partiyası, keçmiş səfir Hikmət Hacızadə, politoloq Ərəstun Oruclu və digər təşkilatlar imza atıb.

Bu barədə Meydan TV-yə məlumat verən Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli bildirib ki, Müsavat Partiyası müraciətə imza atmaqdan imtina edib:

“AXCP sədrinin müavini Seymur Həziylə də əlaqə saxladım, o, dedi ki, Gözəl Bayramlının yasından sonra cavab verəcək. Amma 3 mərasimi keçsə də, cavab vermədi. Eyni zamanda, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluyla əlaqə saxlaya bilmədik”.

Ana səhifəSiyasətSiyasi partiyalar və hərəkatlar BMT-nin Baş katibinə müraciət etdi