“Siyasi partiyalar cəmiyyətin aktivləşməsində heç bir rola malik deyillər” (VIDEO)

Avqustun 18-də Demokratik Təşəbbüslər İnstitutunun təşkil etdiyi “Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adlı araşdırmanın təqdimatı keçirilib. Təqdimatda partiya liderləri, ictimaiyyət nümayəndələri və jurnaistlər iştirak edib. Seçki öncəsi mühitin hüquqi və siyasi tərəfləri müzakirə olunub.

Milli Şuranın sədri Cəmil Həsənli araşdırmanı dəstəklədiklərini, Azərbaycanda seçkilərlə bağlı vəziyyətin bu sənəddə göstəriləndən daha ağır olduğunu vurğulayıb.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli seçkilərin demokratik prosesin vasitəsi olmadan ortaya çıxmasının təhlükəli olduğunu bildirir.  Ekspert vurğulayır ki, konstitsiyada siyasi partiyalarla bağlı maddə yoxdur. Nəticədə siyasi partiyaların cəmiyyətdə özünü tanıtması rolu daralır.

Millət vəkili Fazil Mustafa isə düşünür ki, siyasi partiyalar haqqında ayrıca maddənin qəbul olunması məsələnin həlli yolu deyil.

Millət vəkili namizədlərin efir vaxtı məsələsinə də toxunub.

Hüquqşünas Erkin Qədirli deyib ki, parlamentdə demokratik seçkilərin keçirilməməsi neft və qaz anlaşması ilə bağlıdır. Çünki demokratik parlament bu anlaşmaları sorğuya çevirəcək.

Təqdimatda bir sira partiya nümayəndələri də fikirlərini bölüşüb.

Ana səhifəVideo“Siyasi partiyalar cəmiyyətin aktivləşməsində heç bir rola malik deyillər” (VIDEO)