Heydər Əliyevin hakimiyyətə gətirməsində iştirak etmiş adamlarla bir masa arxasında əyləşmək, bu illər ərzində rejimin repressiyasının qurbanlarının xatirələrinə hörmətsizlik olar
İspan mənşəli amerikalı filosof Corc Santayanın çoxlu qanadlı frazaları var, ancaq onlardan mənim ən çox xoşuma gələni aşağıdakıdır:
“Kim ki, öz tarixini bilmir, onu yenidən yaşamağa məhkumdur”.
Bu fraza yalnız bir dövr üçün deyil, bütün dövrlər üçün, hansı ölkədə baş verməsindən asılı olmayaraq, o cümlədən cəhalətin hökm sürdüyü çağdaş Azərbaycan da daxil olmaqla insanların həyat fəaliyyətinin bütün sahələrində aktualdır. Bir vaxtlar çiçəklənən, dünyaca məşhur alimlərin, bəstəkarların, rəssamların, idmançıların, müğənnilərin doğulduğu bir ölkədə, bu, necə baş verə bilərdi?
Niyə bütün beynəlxalq institutlarda Azərbaycandakı total korrupsiyadan, vətəndaşların elementar insan haqlarının və azadlıqlarının olmamasından danışılır?
Niyə qonşu Gürcüstanda, Ermənistanda demokratik dəyişikliklər, müntəzəm hakimiyyət əvəzlənməsi baş verir, amma bu Allahın unutduğu bədbəxt ölkədə hakimiyyət 50 ilə yaxındır ki, bir ailə tərəfindən qəsb edilib? Özgə nə baş verməlidir ki, bu ölkənin vətəndaşlarının yaddaşı özlərinə qayıtsın?
Bu gün sosial şəbəkələrdə belə bir informasiya gözümə dəydi ki, müxalifət 2019-cu ilin dekabr ayının 25-ində Bakı şəhərində vacib zirvə toplantısı keçirməyə hazırlaşır. Lakin bu toplantıya dəvət edilmiş 36 nəfərin siyahısı ilə tanış olduqdan sonra bu informasiya məndə acı təbəssümdən başqa təəssürat oyatmadı. Həmin siyahıdakı adamların yarısından çoxu Heydər Əliyevinin hakimiyyətə qayıdışının baş tutmasında bilavasitə iştirakçı və günahkardırlar. Bu siyasi oyunbazların çoxu onun qayıdışını təşkil etmək üçün əvvəlcə Moskvaya, sonra da Naxçıvana gedib-gəlirdilər və nəticədə də 1993-cü ilin iyun qiyamından sonra istəklərinə çatdılar.
İndi, bu adamlar özlərini müxalifət adlandırırlar. Ümid edirəm ki, özünə hörmət edən siyasətçilər, vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai xadimlər öz adlarını ləkələməyəcəklər və bu tədbiri boykot edəcəklər. Heydər Əliyevin hakimiyyətə gətirməsində iştirak etmiş adamlarla bir masa arxasında əyləşmək, bu illər ərzində rejimin repressiyasının qurbanlarının xatirələrinə hörmətsizlik olar.
Avraam Linkoln demişdir: “Xalqın bir hissəsini həmişə, bütün xalqı bir müddət aldatmaq olar, amma bütün xalqı həmişə aldatmaq mümkün deyil”.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.