Siyasi mühacirlər Nürnberqdə aksiya keçirdi

Mühacirlər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin azad olunmasını tələb ediblər

Source:


Mühacirlər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin azad olunmasını tələb ediblər

Yanvarın 11-də Almaniyanın Nürnberq şəhərində Müsavat Partiyası AKM-nin Bavariya təşkilatı aksiya keçirib.

Mühacirlər beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin azad olunmasını tələb ediblər, o cümlədən, aclıq aksiyası keçirən bloger Mehman Hüseynova və həbsdə olan müsavatçı Azad Həsənova dəstək nümayiş etdiriblər.

Müsavatçı Samir Qasımovun Meydan TV-yə verdiyi məlumata görə, aksiyada 50-dən çox adam iştirak edib. Onun sözlərinə görə, onlar Almaniyanın dövlət orqanlarına Azərbaycandakı vəziyyətlə bağlı müraciətlərini təqdim ediblər.

Bu, Mehman Hüseynova dəstək məqsədi ilə keçirilən ilk belə aksiya deyil. Yanvarın 10-da Avropada yaşayan mühacirlər

Berlin

də aksiya keçiriblər.

Yanvarın 3-ü və 6-da isə Bakıda blogeri dəstəkləyən hüquq müdafiəçiləri və gənc fəallar aksiya keçiriblər. Nəticədə onların bir qismi inzibati həbsə məruz qalıblar.

Mehman Hüseynova qarşı təkrar cinayət işi açılıb. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq

Mehman Hüseynov

aclıq elan edib.

Ana səhifəXəbərlərSiyasi mühacirlər Nürnberqdə aksiya keçirdi