Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi önündə aksiya keçiriblər

Biz mart ayında bütün siyasi məhbusların azad olunacağını düşündüyümüzdən aksiyaları dayandırmışdıq.

Source: meydan tv


Etirazçılar siyasi məhbus kimi tanınan bütün məhbusların azad olunmasını tələb edirlər

Martın 29-da Azərbaycandan olan bir qrup siyasi fəal ölkənin Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları bütün siyasi məhbusların azad edilməsini, hakim ailə rejiminin istefasını, Qarabağın işğaldan azad edilməsini və Azərbaycanda avtoritar hakimiyyətə son qoyulmasını tələb ediblər. Onlar Azərbaycan hakimiyyətindən həqiqi islahatların aparılmasını, imitasiyalara son qoyulmasını istəyiblər.

image_from_ios (2).jpg
aksiya

Almaniyanın müxtəlif şəhərlərindən aksiyaya qatılmaq üçün gələn azərbaycanlı iş adamları, siyasi mühacir və tələbələr bildiriblər ki, siyasi məhbus kimi tanınan 85 nəfərin hamısı azad edilənədək Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin qarşısında etiraz aksiyaları davam etdiriləcək.

"Biz mart ayında bütün siyasi məhbusların azad olunacağını düşündüyümüzdən aksiyaları dayandırmışdıq. Lakin onlardan 51 nəfəri azad olundu. Ona görə də bütün siyasi məhbuslar azad olunana və bu problem öz həllini tapana qədər aksiyaları davam etdirəcəyik," – aksiyanın təşkilatçıları Meydan TV-yə bildirib.

Ana səhifəXəbərlərSiyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi önündə aksiya keçiriblər