Siyasi mühaciri ölkəyə buraxmadılar

Hollandiyada yaşayan Eldəniz Yusibov qardaşının yasına gəlirmiş

Source:



Hollandiyada yaşayan Eldəniz Yusibov qardaşının yasına gəlirmiş

“Atamı Azərbaycana, qardaşının yasına buraxmadılar. Adı iqtidarın qara siyahısındaymış” –Hollandiyada yaşayan mühacir, Müsavat Partiyasının üzvü  Eldəniz Yusibovun oğlu İsa Yusibov bu barədə Facebookda məlumat yayıb.

 O yazır ki, atası 20 dekabrda ölkəyə gəlib, amma onun girişinə qadağa qoyulduğunu deyərək ölkəyə buraxmayıblar. İ.Yusibov bildirir ki,  ötən il onu, bu il isə atasını  Azərbaycana buraxmayıblar:  ”Bu da taleyin ironiyasıdır bəlkə də… Ölkənin müstəqilliyi və demokratikləşməsi üçün vuruşmuş adam öz məmləkətinə viza ilə gəlməli olur. 1991-də ölkənin müstəqilliyinin əleyhinə səs verən canlının səfir olduğu ölkənin pasportu ilə Azərbaycana gedir və “Sizin ölkəyə girişiniz rəhbərlik tərəfindən qadağan olunub” eşidir.

Bu həm də Əliyevlərin Avropada kimin fəaliyyətindən məmnun olmadığına işarədir”.

Ana səhifəXəbərlərSiyasi mühaciri ölkəyə buraxmadılar