Siyasi mühacirə görə ailə üzvü saxlanılıb

“Ona açıq şəkildə deyiblər ki, səni qayının Tural Həsənzadənin Facebookda yazdıqlarına görə həbs etmişik”

Source:
Tural Həsənzadənin yeznəsi
Tural Həsənzadənin yeznəsi
Tural Həsənzadənin yeznəsi
Tural Həsənzadənin yeznəsi


“Ona açıq şəkildə deyiblər ki, səni qayının Tural Həsənzadənin Facebookda yazdıqlarına görə həbs etmişik”

Almaniyada yaşayan siyasi mühacir  Tural Həsənzadənin bacısının həyat yoldaşı həbs edilib. Bu barədə məlumatı Tural Həsənzadənin özü Facebook səhifəsində yayıb. Onun sözlərinə görə, Cəlilabad rayon Polis İdarəsinin əməkdaşları mayın 13-də axşam saatlarında yeznəsini həbs edərək, rayon polis idarəsinə gətiriblər: “Onlar ona açıq şəkildə deyiblər ki, səni qayının Tural Həsənzadənin Facebookda yazdıqlarına görə həbs etmişik. Polis rəisi tələb edir ki, mənimlə birbaşa əlaqə yaratsın və şərtlər irəli sürsün. Mən isə heç bir halda onlarla əlaqə saxlamayacağam və onların heç bir şərtini yerinə yetirməyəcəyəm. Siz Əli Kərimlinin, Emin Millinin qayınlarını, Günel Mövluda görə onun qardaşlarını, Qənimət Zahidə görə onun qardaşı oğlanlarını həbs edib, onları susdura bildinizmi ki, mənim də bacımın yoldaşını həbs edib, məni susdurasınız?! Hələ utanmadan kişiliklərinə sığışdırıb, onu da deyirlər ki, sənin yoldaşını da, ananı da idarəyə gətirəcəyik. Bu hökumət əxlaqı bundan ibarətdir! Azca vicdanınız olsun! O, siyasətlə yaxından, uzaqdan maraqlanmayan adamdır. Onun nə günahı var?!”

İş saatı olmadığından Daxili İşlər Nazirliyindən məsələni araşdırmaq mümkün olmayıb.

Ana səhifəXəbərlərSiyasi mühacirə görə ailə üzvü saxlanılıb