“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans repressiyaları pislədi

“Hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına qarşı apardığı repressiyaları durdurmağı, qanunsuz həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxmağı tələb edirik”

Source:


“Hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına qarşı apardığı repressiyaları durdurmağı, qanunsuz həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxmağı tələb edirik”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son günlər ölkədə həyata keçirilən repressiyalar, qanunsuz həbslər, həbsxanada olan siyasi məhbusların saxlanma şəraiti, onlara qarşı edilən təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ictimai siyasi fəalları şərləyərək həbs edən mövcud hakimiyyət vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalarını davam etdirir. “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verlişinin redaktoru, tanınmış jurnalist Seymur Həzinin həbsi ilə bərabər bir çox QTH- lərin bank hesabına həbs qoyulub. Bir sıra təşkilatların qrant layihələri səbəbsiz yerə Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmır, əsassız süründürməçiliyə yol verilir. Aparılan təqib və təzyiqlər nəticəsində bəzi QHT rəhbərləri ölkəni tərk ediblər. Bir neçə gün öncə isə daha bir jurnalist- Kanal 13 internet televiziyasının əməkdaşı,  Klassik Xalq Cəbhəsi Partiyasının Tovuz rayon şöbəsindən Ali Məclisin üzvü Vüqar İsmayılov Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Nəqliyyat Nazirliyinin əməkdaşlarının şikayəti ilə həbs edilən Vüqar İsmayılov 2013- cü il seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənli ilə bağlı keçirilən imza kampaniyasında iştirak etdiyinə görə 7 sutka inzibati həbs cəzasına məruz qalıb.

Alyans bildirir ki, hakimiyyət ictimai siyasi fəallara qarşı təzyiqləri təkcə nisbi azadlıqda olan insanlara qarşı deyil, azadlığı məhdudlaşdıırlımış, həbs etdiyi siyasi məhbuslara qarşı dəmir barmaqlılar arasında da davam etdirir.

“Qanunsuz həbsdə olan, tanınmış hüquq müdafiəçiləri İntiqam Əliyevin, Leyla Yunusun  saxlanma şəraitində, vəkilləri ilə sərbəst və konfidensial ünsiyyət saxlamağa, özünün müdafiə taktikasının qurulmasında  problemlər yaradılır. Müsavat başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqovun qəzetləri oxumasına imkan verilmir. Sentyabrın 4-də məhkəməsi keçirilən gənc siyasi fəal Orxan Əyyubzadənin yaxınlarının verdiyi məlumata görə o, məhkəmə zamanı çəkilən şəkillərinə görə təcridxana rəhbərliyi tərəfindən 15 günlük təkadamlıq kameraya (“karsa”) salınmaqla cəzalandırılıb. Gənc fəal məhkəmədən aparılarkən yaxınları və əqidədaşları ilə əl etməklə sağollaşması cəza verilməsinin başlıca səbəblərindən biri olub”,-deyə bəyanatda bildirilir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bir daha hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına qarşı apardığı repressiyaları durdurmağı, qanunsuz həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxmağı tələb edir.

Ana səhifəXəbərlər“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans repressiyaları pislədi